ALOFF MADE IN AZERBAIJAN

 

“ASKORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin “ALOFF” idman mallarının istehsalı müəssisəsi



Yaranma tarixi

“ASKORP” MMC” 05 yanvar 2016-cı il tarixində təsis edilmişdir. Cəmiyyətin “ALOFF” idman malları istehsalı müəssisəsi 01 mart 2017-ci il tarixində fəaliyyətə başlamış və 19 may 2017-ci il tarixində “ALOFF” brendinin təqdimat mərasimi keçirilmişdir.


Gələcək planlar


Yeni innovasiyaları və texnologiyaları tətbiq etməklə müəssisənin modernləşdirilməsi, beynəlxalq standartların tətbiqi, o cümlədən lisenziyaların və sertifikatların alınması, kadr potensialının artırılması və istehsal sferasına uyğun olaraq gələcəkdə idman formaları (geyimlərinin) və ayaqqabıları istehsalı sahəsinin yaradılması.


Fərqliliyi


Daxili bazara “Made in Azerbaijan” brendi ilə yerli məhsul növlərinin realizə olunması, bu məhsula olan təlabatın yerli istehsal hesabına ödənilməsi və idxalın həcminin minimuma endirilməsi.


Üstünlüyü


Ölkəmizdə və yaxın qonşu ölkələrdə anoloji müəssisənin olmaması müəssisədə istehsal olunan məhsulların ixracını stimullaşdırır.

Məhsulların dizaynı

Müxtəlif, o cümlədən sport, kids, ornament, minimal və Qarabağ kolleksiyaları üzrə hazırlanmış topların üzərində milli müasir dizaynların tətbiqi üstünlük təşkil edir.

“ALOFF” brendinin seçilmə səbəbi

Brendin görünüşündə əks olunan milli ornementlər, o cümlədən od, alov və buta simvolu Azərbaycanın irsindən və qədim tarixindən ruhlanaraq, müəssisənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir.


Digər zəruri məlumatlar

İstehsal olunan “ALOFF” brendli məhsullar gələcəkdə beynəlxalq və yerli idman arenalarda idman oyunlarının simvoluna çevriləcəkdir. Topların cəkisi və ölçüsü, həcmi Adidas Nike, Mikasa, kimi məşhur brendlərin standartlarına tam uyğundur. Xammal və texnoloji avadanlıqların mənşə ölkəsi əsasən Almaniya və Çin Xalq Respublikasıdır.